Azərbaycan Texnologiya Universitetində yeni ixtisas açılır. Bu haqda 15 avqust tarixində “Azərbaycan Dəmir Yolları”na istinadən məlumat veririk.
2023-2024-cü tədris ilində ali təhsil müəssisəsi bakalavr və magistr tədris planına dəmir yolu sahəsi ilə bağlı fənlər əlavə edib. Universitetdə ADY tədris otağı yaradılaraq tələbələrin istifadəsinə veriləcək.
Tələbələr Gəncə Dəmiryolu Vağzalında, Gəncə Yeni Lokomotiv Deposunda və stansiyalarda təcrübə proqramlarında iştirak edə biləcəklər.
Dəmiryolçu məzunlar gələcəkdə ADY-nin müxtəlif xidmət sahələrində çalışmaq imkanı əldə edəcəklər.