Gəncə universitetlərindən birində yenilik olub. Bu haqda 15 sentyabr tarixində ATU-ya istinadən xəbər veririk.
Azərbaycan Texnologiya Universiteti ilkə imza ataraq, İctimai Şura yaradıb. Məqsəd ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, universitetin fəaliyyətində aşkarlığın və şəffaflığın gücləndirilməsi, həmçinin təkliflərin verilməsindən ibarətdir.
Universitetdə İctimai Şuranın əsasnaməsi qəbul olunduqdan sonra millət vəkilləri, media, QHT təmsilçiləri, təhsil və ictimaiyyət nümayəndələri buraya cəlb olunacaqlar.