10.3 C
Gence
10.3 C
Gence

Azərbaycan Texnologiya Universitetində iclas keçirilib

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın iclası keçirilib. Bu haqda universitetin rəsmi Facebook səhifəsinə istinadən məlumat veririk.

İclasda ilk öncə gündəlikdə duran məsələlər şura üzvlərinin diqqətinə çatdırılıb. Daha sonra elmi işlər üzrə prorektor əvəzi i.e.d. Mayıs Gülalıyevin təqdimatında universitetdə aparılan elmi işlərin nəticələri dinlənilib. Bu istiqamətdə geniş müzakirələr aparılıb, tövsiyə və tapşırıqlar verilib.

Ardınca 2022/2023-cü tədris ilinin ikinci yarımili üçün Elmi Şuranın iş planı müzakirə edilərək təsdiq edilib.

İclas zamanı universitet əməkdaşı Hüsnü Kərimov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsi münasibətilə təltif edilib.

Ən Çox Oxunan