24.7 C
Gence
24.7 C
Gence

Azərbaycanın memarlıq aləminə misilsiz tövhələr verən Gəncəli memar vəfat edib

Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev dünyasını dəyişib. O, dünən Birinci Fəxri Xiyabanda dəfn olunub. Bu haqda Gencexeber.az 15 noyabr tarixində Apa.az-a istinadən məlumat verib.

Rasim Əliyev 1934-cü il 16 iyul tarixində Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olub. O, 1965-ci ildə Bakının Baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib.

Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, Bakının əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində layihələrin müəllifi və həmmüəllifidir.

Qeyd edək ki, Rasim müəllim “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Ən Çox Oxunan