15.3 C
Gence
12.5 C
Ganja

Azərbaycanın müdafiəsinə duranların sayı 100.000-i keçdi

Bir müddət öncə həmyerlimiz Kubra ƏIəkbərova və ölkəmizin müxtəlif bölgələrindən olan daha 9 vətəndaşla birgə yaratdığı petisiya artıq 100.000-dən çox imza toplayıb.

Bir aydan da az müddətdə həmin təşəbbüs minlərlə insanı bir araya gətirib. Yerli xəbər portalları, blogerlər, məşhurlar petisiyanı paylaşıblar. Bundan başqa, Türkiyə, İsrail, İran, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri, eləcə də sıravi sakinlər ölkəmizə bu işdə dəstək olublar. Həmçinin həmvətənlərimiz Bakı, Moskva, Astana, Köln, Bişkek və Kişenyovda yerləşən Fransa səfirliklərinin və konsulluğunun önündə aksiyalar təşkil ediblər.

Xatırlatmaq istərdik ki, Fransa Senatının qəbul etmək istədiyi qətnamədə ölkəmizə qarşı ittihamlar, Fransa hökumətinə və digər Avropa ölkələrinə “Azərbaycandan qaz və neft idxalına embarqo” qoyulmasına və Ermənistanın Fransa tərəfindən müasir silahla təmin edilməsinə dair çağırışlar əks olunub.

Gəncəxəbər.az redaksiyası olaraq hər bir vətəndaşı həmrəy olmağa çağırırıq. Petisiyanın daha çox insan tərəfindən görülməsi və imzalanması üçün dəstək göstərək və paylaşaq.

PETİSİYANIN AZƏRBAYCAN DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN RUS DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN TÜRK DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN FARS DİLİNDƏ İMZALANMA QAYDASI

Səsimizi Avropada eşitdirmək üçün daha çox dəstəyə ehtiyacımız var. Biz birlikdə güclüyük! Öz səsinlə Azərbaycanı qoru!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq

Ən Çox Oxunan