20.6 C
Gence
20.6 C
Gence

Azərbaycanın mədəni irsi Nyu-Yorkda sərgilənəcək

Gəncəli iki gənc Azərbaycanın mədəni irsini ən son texnologiya alqoritmi sayılan süni intellektlə birləşdiriblər. Bu haqda 26 yanvar tarixində Azərtac-a istinadən məlumat veririk.

Gənclərin hazırladığı layihə sabah, 27 yanvar tarixində ABŞ-ın Nyu-York şəhərində sərgidə ictimaiyyətə təqdim olunacaq. Müəlliflər Orxan Məmmədov və Lara Binnet, Məhsəti və Nizami Gəncəvi kimi dahi şəxsiyyətlərin yaşayıb yaratdıqları Gəncə şəhərinin mədəni irsini süni intellektlə birləşdirərək sərgiləməyi planlaşdırırlar. 45 dəqiqə sürəcək təqdimatda 9 özəl sənət əsəri nümayiş olunacaq.

Tədbir Bakı vaxtı ilə saat 22:30-da baş tutacaq. İzləmək istəyən şəxslər Mayamidə yerləşən rəqəmsal incəsənət şirkəti olan “Blackdove”ın rəsmi Instaqram hesabında açılacaq canlı yayımda sərgiyə baxa bilərlər.

Azertag.az-dan foto
Azertag.az-dan foto
Azertag.az-dan foto
Azertag.az-dan foto
Azertag.az-dan foto
Azertag.az-dan foto
Azertag.az-dan foto
Azertag.az-dan foto

Ən Çox Oxunan