19.7 C
Gence
18.5 C
Ganja

Azərbaycanın haqq savaşına 70.000 nəfər qoşulub

Petisiyanı imzalayaraq Azərbaycanın haqlı mövqeyini müdafiə edən şəxslərin sayı 70.000 nəfəri ötdü.

Daha öncə də xəbər verdiyimiz kimi, Azərbaycana qarşı Fransa Senatında baxılması 15 noyabra təyin olunan qətnamə layihəsi irəli sürülüb. Bu sənəddə ölkəmizə qarşı ittihamlar yer alır. Bundan başqa, Fransa hökumətinə və digər Avropa ölkələrinə “Azərbaycandan qaz və neft idxalına embarqo” qoyulmasına dair çağırışlar əks olunub.

Buna cavab olaraq Azərbaycanın sıravi vətəndaşları həmin layihəyə qarşı hazırladıqları petisiyanı Fransanın Mesopinions.com petisiya saytında yerləşdiriblər. Həmin petisiyanı artıq 70.000 nəfər imzalayıb. Onlarla tanınmış şəxslər isə onu müxtəf vasitələrlə yayıblar. Türkiyə, İsrail, İran, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri petisiyanın yayılmasına öz töhfələrini veriblər.

Ermənipərəst qüvvələrin ölkəmizə qarşı yağdırdıqları ittihamlara xarici ölkələrdə yaşayan həmvətənlərimiz də biganə qalmayıblar. Onlar Bakı, Moskva, Astana, Köln və Bişkekdə yerləşən Fransa səfirliklərinin və konsulluqlarının önündə aksiyalar keçiriblər.

Hər kəsi həmrəy olmağa dəvət edirik. Petisiyanın daha çox insan tərəfindən görülməsi və imzalanması üçün dəstək göstərək və paylaşaq.

PETİSİYANIN AZƏRBAYCAN DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN RUS DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN TÜRK DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN FARS DİLİNDƏ İMZALANMA QAYDASI

Səsimizi Avropada eşitdirmək üçün daha çox dəstəyə ehtiyacımız var. Biz birlikdə güclüyük! Öz səsinlə Azərbaycanı qoru!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq