26.9 C
Gence
23.5 C
Ganja

Azərbaycanın dahi şairinin ədəbi irsinə həsr olunmuş tədbir baş tutub

Gəncədə Nizami Gəncəvinin zəngin ədəbi irsinə həsr olunan tədbir keçirilib. Bu haqda məlumatı Gencexeber.az iyunun 8-i verir.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında möhtəşəm konsert proqramı baş tutub. Konsertdən əvvəl qonaqlar Nizami Gəncəvinin məqbərəsində onun xatirəsini yad ediblər. Tədbir filarmoniyada davam edib. Tədbirdə çıxış edən icra başçısı Niyazi Bayramov  Gəncə şəhərinin tarixi ilə bağlı məruzə ilə çıxış edib.

“Nizami Gəncəvi Gəncə şəhərində doğulub, bu şəhərdə yaşayıb. Onun əsərləri, xüsusilə “Xəmsə”si Azərbaycan və dünya ədəbiyyatının möhtəşəm nümunələridir”, – o əlavə edib.

Konsertdə səsləndirilən mahnılar, təqdim olunan rəqslər izləyicilər tərəfindən böyük ehtiram və rəğbətlə qarşılanıb.