13 C
Gence
13 C
Gence

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin hakim təyinatları açıqlanıb

“Kəpəz” – “Sumqayıt” oyununu idarə edəcək hakimlər briqadası üzvlərinin adları bəlli olub. Bu haqda noyabrın 21-i Oxu.az-a istinadən məlumat veririk.

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin hakim təyinatları açıqlanıb. “Kəpəz” – “Sumqayıt” qarşılaşmasını İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov və Kamran Əliyevdən ibarət hakimlər briqadası idarə edəcək. Əmrah İbrahimov isə hakim-inspektor qismində fəaliyyət göstərəcək.

Xatırladaq ki, noyabrın 23-ü saat 14:30-da “Kəpəz” – “Sumqayıt” görüşünün start fiti çalınacaq.

Ən Çox Oxunan