25.6 C
Gence
19.5 C
Ganja

Azərbaycan Diasporunun fəalları Almaniyanın Köln şəhərində aksiya keçiriblər

Almaniyada həmyerlilərimiz aksiya keçiriblər. Bu haqda 31 oktyabr tarixində AZfront Telegram kanalına istinadən məlumat veririk.

Almaniyanın Köln şəhərində yaşayan Azərbaycan Diasporunun fəalları Fransa konsulluğunun qarşısına çıxıblar. Burada 20-dən çox kişi, qadın və uşaq iştirak edib. Onlar Fransa Senatının qətnəmə layihəsinə qarşı yaradılan petisiyaya dəstək nümayiş etdiriblər.

Xatırladaq ki, daha öncə Bakı, Astana, Bişkək və Moskvada keçirilən aksiyalarda iştirakçılar əllərində Gəncənin ermənilər tərəfindən raket atəşinə tutulması zamanı həlak olanların şəkillərini tutmuşdurlar.