25.8 C
Gence
25.8 C
Gence

Azərbaycan Dövlət Aqrar Universitetində nazirlə görüş keçirilib

Kənd Təsərrüfatı naziri İnam Kərimov 29 sentyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrlə görüşüb. Bu haqda universitetin rəsmi saytında məlumat paylaşılıb.

İlk öncə Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüş universitetin yeni tədris korpusunda keçirilib. Nazir İnam Kərimov yeni tədris ilində tələbələrə uğurlar arzulayıb. Tədbirdə ADAU-nun maddi-texniki bazasının müasirləşdirilməsi və rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi, eləcə də yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Daha sonra yüksək balla ADAU-ya qəbul olan tələbələrlə, ikili diplom proqamı çərçivəsində Türkiyənin Ege Universitetindən dəvət olunmuş professor-müəllim heyəti, həmçinin ikili diplom proqramı ixtisaslarına qəbul olan tələbələrlə görüş baş tutub.

Qeyd edək ki, universitetdə 6000-dən çox tələbə təhsil alır. 2020-2021-ci tədris ilində universitetə 171 əcnəbi tələbə qəbul olub.

Ən Çox Oxunan