Gəncədə fəaliyyət göstərən MMC-nin gəlirləri azalıb. Bu haqda 1 sentyabr tarixində Apa-ya istinadən məlumat veririk.
“Azəralüminium”un 2023-cü ilin yanvar-iyul aylarında olan ixracı açıqlanıb. Göstəricilərə əsasən, MMC sözügedən müddətdə 77,4 milyon dollar dəyərində məhsul ixrac edib. Bu göstəricinin həcmi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 18,9 faiz və ya 17,9 milyon dollar azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 7 ayı ərzində “Azəralüminium” MMC 95,3 milyon dollar dəyərində məhsul ixrac edib.