26.9 C
Gence
23.5 C
Ganja

“Azəralüminium”un bir sıra məhsullarının ixracı 37 faiz azalıb

Gəncədə fəaliyyət göstərən müəssisədə qeyri-neft məhsullarının ixracı azalıb. Bu haqda 31 may tarixində Apa-ya istinadən məlumat veririk.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi statistik məlumatlar açıqlayıb. Cari ilin yanvar-aprel ayları ərzində “Azəralüminium” MMC 45,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu göstəricinin həcmi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 36,9 faiz və ya 26,6 milyon dollar azdır.

Qeyd edək ki, 2022-ci ilin ilk 4 ayı ərzində MMC 72 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.