22.5 C
Gence
22.5 C
Gence

“Azəralüminium” MMC növbəti tenderinin qalibini açıqlayıb

Gəncədə tender keçirilib. Bu haqda 12 aprel tarixində Fed.az-a istinadən məlumat veririk.

“Azəralüminium” MMC daşıma xidməti ilə bağlı tenderinə yekun vurub. Müsabiqənin qalibi “SoyuzKontakt Trans” MMC olub. Şirkətlə 576.130 manatlıq müqavilə imzalanıb.

Razılaşmada Çin Xalq Respublikasından 20 və 40 futluq konteynerlərdə müxtəlif materialların Gəncə sahəsində daşınmasının (80 konteyner) satın alınması nəzərdə tutulur.

Qeyd edək ki, “SoyuzKontakt Trans” MMC daha öncə də “Azəralüminium”dan 15.708.000 manat dəyərində tender müqaviləsi imzalayıb. Həmin müqavilədə iki il ərzində 220.000 ton gil-torpağın Poti portundan hopper tipli vaqonlarla “Azəralüminium” MMC-nin anbarına kimi daşınması xidməti nəzərdə tutulurdu.

 

Ən Çox Oxunan