12.5 C
Gence
10.5 C
Ganja

Aydın İbrahimov dünyasını dəyişib

Gəncədə dünyaya gələn Azərbaycan güləşinin əfsanəsi və “Neftçi” futbol klubunun ilk prezidenti koronavirusdan vəfat edib.

Aydın İbrahimov 2 sentyabr tarixində müalicə aldığı klinikada dünyasını dəyişib. Sentyabrın 17-si onun 83 yaşı tamam olacaqdı.

İbrahimov SSRİ-i əməkdar idman ustası və əməkdar məşqçisi olub. Gəncə güləş məktəbinin yetirməsi olan Aydın müəllim 1963-cü ildə dünya, 1966-cı ildə isə Avropa çempionu olub.

1988-1997-ci illərdə Aydın İbrahimov “Neftçi”-nin ilk prezidenti olub. Onun fəaliyyəti dövründə klub müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi oldu, sonra isə daha iki dəfə ölkənin ən güclüsü adını qazanmışdır.

Ən Çox Oxunan