25.4 C
Gence
18.5 C
Ganja

İşaxtaranların nəzərinə

Gəncədə universitetlərin birində iki vakant yer təqdim olunub. Bu haqda 18 sentyabr tarixində universitetə istinadən xəbər veririk.

Azərbaycan Dövlət Aqrar Universitetində Kitabxana müdiri və Psixoloq vəzifəsinə vakansiya elan olunub. Hər iki vakansiya üzrə əmək haqqı müsahibə əsasında təyin olunacaq. İşçilərə tibbi sığorta təşkil olunacaq. İş stajının 1 ildən az olmaması tələb olunur. 

Kitabxana müdiri vakansiyasına Kitabxanaçılıq və informasiya üzrə ali təhsil olmalıdır. Tələblər isə aşağıdakılardır:  

  • Yüksək ünsiyyət bacarığı;
  • Analitik düşüncə bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Elektron kitabxana ilə işləmək üçün bilik və bacarıqlar;
  • Müvafiq kompüter bilikləri (MS Office,MS Word, MS Excel, MS Access və s.);
  • Azərbaycan dilini mükəmməl bilmək, əlavə olaraq rus və ingilis dilləri (üstünlükdür);
  • Kollektivdə bir komanda ilə işləmək bacarığı;
  • Kitabxana işi ilə bağlı gündəlik işlərin yerinə yetirilməsinə nəzarət;
  • Kitabları çeşidləmək və təsnif etmək üçün uyğun metodun hazırlanmasına nəzarət. 

Psixoloq vakansiyasına Psixologiya,Təhsildə sosial psixoloji xidmət sahəsində ali təhsil olmalıdır. Tələblər isə aşağdakılardır:  

  • İnsan (xüsusilə tələbə) psixologiyasına bələd olmaq;
  • Psixoloji korreksiya sahəsində yenilikləri daim izləmək;
  • Müşahidə qabiliyyəti;
  • Analiz etmək bacarığı;
  • Mübahisə psixologiyasıına bələd olmaq (konfiliktologiya);
  • Müəllim – tələbə – valideyn üçbucağında empatiya qurmağı bacarmaq;
  • Analitik düşüncəyə malik olmaq;
  • Qeyri-standart vəziyyətlərdə qərar qəbul etməyi bacarmaq.

Müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Mövzu hissəsində vakant yeri yazmaq mütləqdir.

Qeyd edək ki, son müraciət tarixi 13 oktyabr 2013-cü ilə qədərdir.