25.3 C
Gence
19.5 C
Ganja

İşaxtaranların nəzərinə: şəhərimizdə əmək yarmarkası keçiriləcək

Gəncədə əmək yarmarkası baş tutacaq. Bu haqda 29 oktyabr tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat veririk.

Tədbir agentliyin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının dəstəyi ilə keçiriləcək. “FİNOKO” MMC-də birbaşa satışlar üzrə kredit mütəxəssisi vakansiyası üzrə işə qəbul olunmaq istəyən şəxslər 2 noyabr saat 10:00-dan 13:00-dək təşkil ediləcək yarmarkaya qatıla bilərlər.

Namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Onların CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Əgər CV yoxdursa, Dövlət Məşğulluq Agentliyinin CV Yarat platformasından (www.cvyarat.az) yararlanmaq olar. Burada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, öz CV-nizi PDF formatında əldə edə bilərsiniz.

Qeyd edək ki, yarmarka Məmməd Xələfov, 122 (Gəncə-Daşkəsən RMF-nin inzibati binası) ünvanında təşkil olunacaq.