Gəncədə leysan yağıb. Bu haqda Gencexeber.az-a 27 may tarixində məlumat daxil olub.
Axşam saatlarında şəhər ərazisində intensiv yağış başlayıb. Nəticədə küçələrdə “çay”lar yaranıb. Bir sıra ərazilərdə elektrik enerjisinin təchizatı dayandırılıb. Yollarda piyada və avtomobillərin hərəkəti çətinləşib.
Sakinlərin sözlərinə görə, bəzi evləri su basıb.