13 C
Gence
13 C
Gence

Avtomobili satan şəxs maşının üzərinə həbs qoyulduğunu öyrənib

Gəncə sakini 8 il əvvəl aldığı avtomobilin üzərinə həbs qoyulduğunu öyrənib. Bu haqda 17 noyabr tarixində Xəzər Xəbər-ə istinadən məlumat veririk.

Şəhər sakini Elnur Xudayev 2014-cü ildə ”VAZ – 2107” markalı avtomobil alıb. Daha sonra onu öz adına rəsmiləşdirib və proses zamanı heç bir çətinliklə qarşılaşmayıb. 2021-ci ildə həmin maşını etibarnamə ilə başqasına satıb. Etibarnamənin qüvvədə olan müddəti bir müddət əvvəl bitib. Avtomobilin yeni sahibi qeydiyyat zamanı qəribə vəziyyətlə qarşılaşıb. Məlum olub ki, avtomobilin əvvəlki sahibinin borcu olduğu üçün maşının üzərinə həbs qoyulub.

Elnur Xudayev bildirir ki, dəfələrlə Regional Qeydiyyat və İmtahan Şöbəsində olub. Burada məsələnin tezliklə həll ediləcəyi deyilsə də, problem aradan qaldırılmayıb. DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, adıçəkilən şöbə problemi ən qısa müddətdə həll etmək üçün tədbir görür.

Qeyd edək ki, 2011-ci ildə nəqliyyat vasitəsinin addan ada keçirilməsi zamanı səhvə yol vermiş polis əməkdaşı xidmətdən kənarlaşdırılıb. Bu faktı Qasımov da təsdiqləyib.

Ən Çox Oxunan