20.3 C
Gence
15.5 C
Ganja

“Avtobus şoferləri” sürət həddinə əməl etməyərək yarışırlar

Kəpəz televiziyası sərnişindaşımada müşahidə edilən problemlərlə bağlı süjet hazırlayıb. Bu haqda noyabrın 29-u adıçəkilən media resursa istinadən xəbər veririk.

Bildirilib ki, avtobus və mikroavtobus sürücüləri telefon qulaqcığından istifadə edərək telefonla danışırlar, sürət həddinə əməl etməyərək yarışırlar, dayanacaqdan kənarda nəqliyyat vastəsini saxlayırlar. Xoşagəlməz mənzərələr isə sərnişinlər tərəfindən heç də normal qarşılanmır.

Gəncə Avtomobillə Sərnişin Daşıma İdarəsində mövcud vəziyyətdən agah olsalar da, görünən odur ki, əməli tədbirlər nəticəsini vermir. Heç atılan hüquqi addımlar da. Ay ərzində Gəncənin ictimai nəqliyyatında bu cür neqativ hallara yol verən 50-yə yaxın sürücü haqqında inzibati qaydada tədbirlər görülüb.

Qeyd edək ki, gün ərzində şəhərdə 8 daşıyıcı şirkət tərəfindən 33 xətt üzrə 230 nəqliyyat vastəsi əhaliyə xidmət edir.