Gəncədə voleybolçularla görüş keçirilib. Bu haqda 22 aprel tarixində Voleybol Federasiyasına istinadən məlumat veririk.
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Gəncəyə səfər edib. O, 1 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbində gənc voleybolçularla görüşüb. Tədbirdə icra başçısı Niyazi Bayramov, Təhsil şöbəsinin müdiri Anar Qədiməliyev, Gənclər İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, məktəbin direktoru Ramil Qasımov, Gəncə şəhər voleybol komandasının baş məşqçisi Rüstəm Ağayev iştirak ediblər.
AVF prezidenti Gəncədə voleybolun inkişafı, eləcə də şəhərdə fəaliyyət göstərən komandaların vəziyyəti ilə maraqlanıb. Görüşdə növbəti mövsümlərdə ölkə çempionatında regionlardan olan komandaların da iştirakı ilə bağlı müzakirələr aparılıb. Şahin Bağırov bu istiqamətlərdə görüləcək işlər barədə də məlumat verib, voleybolçulara uğurlar arzulayıb.