17.5 C
Gence
17.5 C
Gence

“Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib

Gəncədə uşaq hüquqları ilə bağlı tədbir təşkil olunub. Bu haqda 24 may tarixində Report-a istinadən məlumat veririk.

“Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa Audiovizual Şuranın təşkilatçılığı ilə baş tutub. Tədbirdə Audiovizual Şuranın, İcra Hakimiyyətinin, Medianın İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin regional idarəsinin nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, regional audiovizual media subyektlərinin məsul şəxsləri iştirak ediblər.

Audiovizual Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində təşkil olunmuş tədbirin əhəmiyyətindən danışıb, hazırda uşaq hüquqlarının müdafiəsinin dünyada da ən aktual məsələlərdən biri olmasını bildirib. Sonra dövlət qurumlarının və QHT-lərin nümayəndələri dəyirmi masanın mövzusu üzrə çıxışlar ediblər.

Görüşdə iştirak edən regional audiovizual media subyektlərinin nümayəndələri də məsələyə münasibətlərini ifadə edib, bu sahədə qarşılaşdıqları çətinliklərdən danışıb, özlərini maraqlandıran sualları səsləndiriblər.

Ən Çox Oxunan