22.5 C
Gence
22.5 C
Gence

ATU tələbələri Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində olublar

Gəncədə təhsil alan tələbələr beynəlxalq sərgidə iştirak ediblər. Bu haqda 20 may tarixində ATU-ya istinadən məlumat veririk.

Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) təşkil olunub. Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirə Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin 25-ə yaxın tələbəsi də qatılıb. Onlar dekan Mehman İsmayılovun rəhbərliyi ilə qida sektorunun ən qabaqcıl texnika və texnologiyaları, müasir yenilikləri ilə tanış olub, sərgi çərçivəsində keçirilən təlim və seminarlarda iştirak ediblər.

Qeyd edək ki, sərgidə nümayiş olunan stendlərin 70 faizini xarici şirkətlər təşkil edib.

Ən Çox Oxunan