Gəncədəki təhsil ocaqlarından biri Türkiyə universiteti ilə əməkdaşlığa başlayıb. Bu haqda 30 oktyabr tarixində ATU-ya istinadən xəbər veririk.
Azərbaycan Texnologiya Universiteti ilə İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər arasında onlayn görüş keçirilib. Burada ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov və İNU-nun rektoru professor İlhami Çolak əməkdaşlığın perspektivlərindən, əhəmiyyətindən və görüləcək işlərdən danışıblar.
İmzalanan memorandumda Texnologiya Universiteti ilə Nişantaşı Universiteti arasında akademik və inzibati heyətin, eləcə də tələbələrin mübadiləsini həyata keçirmək, elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur.