Gəncədə fəaliyyət göstərən professorun adı ensiklopediyaya düşüb. Bu haqda 22 sentyabr tarixində ATU-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universitetinin (ATU) professoru, texnika üzrə elmlər doktoru Cahangir Hacıyevin adı Azərbaycan Milli Ensiklopediyasının X cildinə daxil edilib. Buna səbəb professorun səmərəli və müvəffəqiyyətli elmi işləridir.
Ensiklopediyada ona dair verilmiş məlumatlarda elmi nailiyyətləri əks olunub. Cahangir Əhməd oğlu Hacıyev 150-dən çox elmi əsərin, 2 monoqrafiyanın müəllifidir.