26.9 C
Gence
23.5 C
Ganja

ATU-da yaz imtahan sessiyasına start verilib

Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına başlanılıb. Bu haqda 2 iyun tarixində universitetin rəsmi İnstagram səhifəsinə istinadən məlumat veririk.

İmtahanlar test və yazılı qaydada keçirilir. 5 iyul tarixinədək davam edəcək sessiya müddətində qruplar üzrə imtahanların təşkili nəzərdə tutulub.

Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir.

Həmçinin bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib.