25.4 C
Gence
18.5 C
Ganja

ATU-da daha bir təyinat var

Gəncədə təhsil müəssisələrindən birində direktor təyinatı olub. Bu haqda 15 sentyabr tarixində ATU-ya istinadən məlumat veririk.

Azərbaycan Texnologiya Universitetində yeni İnnovasiya Mərkəzinin yaradılması haqda məlumat vermişdik. Buraya direktor təyin olunub. Vəzifə Şamo Salayevə həvalə edilib. 

Şamo Zülfiqar oğlu Salayev 16 aprel 1989-cu ildə Rusiya Federasiyasının Krasnodar vilayətində doğulub. 2011-ci ildə Bakı Dövlət Universitetinin ekoloji kimya mühəndisi ixtisası üzrə bakalavr, 2014-ci ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) magistr məzunu olub.

Müxtəlif illərdə “Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”ndə, təsisçisi olduğu “E-box” MMC-də, “Gənclərin Tərəqqisinə Dəstək” və “Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnkişafı Mərkəzi” İctimai birliklərində müxtəlif vəzifələrdə (Elektron hökumət istiqaməti üzrə böyük məsləhətçi, direktor, sədr müavini, sədr) çalışıb. 

BDU-nun Nanoaraşdırmalar Mərkəzində nanotexnologiya sahəsi üzrə 4 il elmi-tədqiqatla məşğul olub. Hazırda fərdi şəkildə “Nanotexnologiyanın tibb və sənaye sahəsinə tətbiqi” (xərçəngin müalicəsi) üzrə elmi-tədqiqat işi aparır.