Gəncədə universitetlərdən birində müxtəlif vəzifələrə əməkdaş tələb olunur. Bu haqda 16 sentyabr tarixində ATU-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universiteti aşağıda göstərilən vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib. Ali təhsil ocağında aşağıda qeyd olunan vakansiyalar mövcuddur:
- “Avtomatika və informasiya texnologiyaları” kafedrası – kafedra müdiri;
- “Ətraf mühitin mühafizəsi” kafedrası – kafedra müdiri;
- “Xarici dillər” kafedrası – kafedra müdiri;
- “Turizm sənayesinin təşkili” kafedrası – professor (1 yer).
Sənəd qəbulu 15 oktyabr tarixinədək davam edəcək. Müraciətlər təlimata uyğun olaraq, rektorun adına yazılmış ərizə ilə birlikdə Şah İsmayıl Xətai prospekti, 103 ünvanına təqdim olunmalıdır.
Əlavə məlumat üçün (022) 257 56 29 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.