Gəncədə havanın keyfiyyəti açıqlanıb. Bu haqda 19 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat veririk.
Şəhər ərazisində fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinin monitorinqi keçirilib. Əldə olunan nəticələrə əsasən, azot-4 oksidin miqdarı 1,2 dəfə yüksək müəyyən olunub.
Buna səbəb olaraq nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlər göstərilir.
Xatırladaq ki, ötən gün bu göstərici normadan 1,3 dəfə artıq müəyyən edilmişdir.