Gəncəli idmançılar uğurla çıxış ediblər. Bu haqda 4 may tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
Bakıda ağır atletika idman növü üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Burada şəhərimizi təmsil edən atletlər medallar qazanıblar. İdmançılarımızın nailiyyətləri aşağıdakı kimidir:
- Dinara İbrahimli (59 kq) – I yer;
- Çinarə İbrahimli (64 kq) – II yer;
- Ruslan Həsənov (73 kq) – II yer.