5.8 C
Gence
5.8 C
Gence

Atletimiz və məşqçisi Gənclər və İdman Baş idarəsini ziyarət edib

Gəncəli atlet Gənclər və İdman Baş idarəsində nəzakət görüşündə olub. Bu haqda 16 iyul tarixində idarəyə istinadən məlumat veririk.

İdarənin rəisi Həmid Nəsirov məşqçi Faiq Əsədov və idmançı Səməd Əhmədovla görüşüb. O, şəhərin yüngül atletika üzrə yığma komandasının respublikada uğurlu nəticələrindən danışıb və bundan sonra da komandanın şəhərimizi layiqincə təmsil edəcəyini vurğulayıb. Qonaqlar  gələcək yarışlar üçün daha da əzmlə çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, Səməd Əhmədov “Bakı Marafonu 2022” yarışında kişilər arasında 20-ci, 18-29 yaş kateqoriyasında da isə 6-ci yere layiq görülüb. Turnirdə 17 ölkədən 15 mindən çox idmançı mübarizə aparıb.

Ən Çox Oxunan