Gəncədə Türkiyənin əlamətdar günü qeyd olunub. Bu haqda 19 may tarixində Report-a istinadən məlumat veririk.
Mustafa Kamal Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir keçirilib. Tədbir Türkiyənin Gəncədəki Baş Konsulluğunda baş tutub. Burada baş Konsul Recep Öztop, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə iki dövlətin himnləri səsləndirilib. Mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop hər il 19 may tarixində qeyd olunan “Atatürkü anma, Gənclər və idman bayramı”nın tarixindən danışıb. Daha sonra çıxış edənlər Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər.