17.5 C
Gence
17.5 C
Gence

Atasını itirən gənc qız bununla barışa bilməyib

Gəncədə gənc qız həyatına son qoyub. Bu haqda Gencexeber.az-a 3 aprel tarixində mərhumun yaxınları məlumat veriblər.

Hadisə şəhərin Tağıyev küçəsində baş verib. Şəhər sakini, 20 yaşlı Kübra Famil qızı Həsənova yaşadığı evin həyətində özünü asıb.

Aldığımız məlumata əsasən, intihara səbəb qızın üzləşdiyi ağır itki olub. Belə ki, 1 yanvar tarixində Kübranın atası – İctimai Təhlükəsizlik Bölməsinin sabiq rəisi Famil Həsənov qəflətən vəfat edib. Bundan sonra gənc qız hadisənin təsiri altından çıxa bilməyib.

Kübranın intihar etdiyi tarix atasının doğum günü olub. Rəfiqəsinin sözlərinə görə, o, hər yerə “01” yazırdı. “Atam 1 aprel anadan olub, 1 yanvar isə vəfat edib”, – deyə Kübra açıqlama verirdi.

Bildirilir ki, mərhum Gəncə Dövlət Universitetinin Alman dili fakültəsinin III kurs tələbəsi idi. O, subay olub.

Ən Çox Oxunan