Gəncədə zəhərlənmə hadisəsi baş verib. Bu haqda 8 mart tarixində Report-a istinadən məlumat veririk.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Şəhər sakinləri – 44 yaşlı Q.Quliyev, 18 yaşlı qızı N.Quliyeva və 16 yaşlı oğlu A.Quliyev yaşadıqları evdə zəhərləniblər. Onlar ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.
Ata və övladlarının dəm qazından zəhərləndikləri bildirilir. Faktla bağlı araşdırma aparılır.