14.7 C
Gence
14.7 C
Gence

Arvadını öldürən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Gəncədə həyat yoldaşını öldürən şəxsin məhkəməsi başlayır. Bu haqda 5 oktyabr tarixində Bizim.media-ya istinadən məlumat veririk.

Arvadını bıçaqlamaqda ittiham olunan 37 yaşlı Sabir Şabanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinin yaxın günlərdə başlanacağı bildirilir.

Xatırladaq ki, hadisə 3 iyun tarixində baş vermişdir. İttihama görə Şabanov 32 yaşlı həyat yoldaşı Gülüzar Həsənovanı bıçaqlayaraq qətlə yetirib. Qətlin qısqanclıq zəminində baş verdiyi qeyd olunur.

 

Ən Çox Oxunan