Gəncədə görkəmli bəstəkarın xatirəsinə tədbir təşkil olunub. Bu haqda 14 sentyabr tarixində Regional Mədəniyyət Mərkəzinə istinadən xəbər veririk.
Xalq artisti Arif Məlikovun anadan olmasının 90 illik yubileyinə həsr edilmiş metodiki bədii kompozisiya keçirilib. Konsert Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində baş tutub.
Tədbirdə məktəbin nəzəriyyə şöbəsinin müəllimləri bəstəkarın yaradıcığından geniş məlumat veriblər. Xalq çalğı alətləri və Simli alətlər şöbələrinin müəllimləri bəstəkarın əsərlərindən ifa ediblər.