15.3 C
Gence
15.3 C
Gence

AQTA “Yeni Günəş” restoranının sahibini cərimələyib

Gəncədə fəaliyyət göstərən restoranda nöqsanlar üzə çıxıb. Bu haqda 5 aprel tarixində AQTA-ya istinadən məlumat veririk.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi şəhər ərazisində reydlər keçirir. Z.Hacıyev küçəsi, ev 109 ünvanında fəaliyyət göstərən “Yeni Günəş” restoranında planlı yoxlama keçirilib. Bu vaxt sanitariya norma və qaydalarının, gigiyena normativlərinin və qida təhlükəsizliyi sahəsində texniki-normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Baxış zamanı müəssisədə mal qonşuluğu qaydalarına riayət edilmədiyi, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlik işlərinin aparılmasına dair müvafiq sənədlərin olmadığı, məişət tullantıları üçün ağzı hermetik zibil qablarının yerləşdirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktlarla bağlı sahibkar barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və icrası məcburi göstərişlər verilib.

Ən Çox Oxunan