16.4 C
Gence
16.4 C
Gence

AQTA qurbanlıq heyvan satışı və kəsimi məntəqələrini elan edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək heyvan satışı və kəsimi məntəqələrinin siyahısını paylaşıb. Bu haqda 2 iyul tarixində agentliyə istinadən məlumat veririk.

İyulun 9-10-da qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışı müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə aşağıdakı məntəqələrdə həyata keçiriləcək:

  • Müseyib Bağırov küçəsi (kəsim və satış);
  • İmamzadə Ziyarətgahı (kəsim və satış);
  • Kəpəz rayonu, “Kəpəz-Bazarı” ASC-nin yaxınlığı (kəsim və satış);
  • Nizami rayonu, “Quş südü” şadlıq evinin yanı (yalnız kəsim).

Qeyd edək ki, sakinlər Qurban bayramı günlərində respublika üzrə 134 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 61-də həm kəsim, həm satış, 54-də yalnız satış, 19-da isə yalnız heyvan kəsimi xidmətləri həyata keçiriləcək.

Ən Çox Oxunan