9.7 C
Gence
9.7 C
Gence

AQTA əməkdaşları reydlər keçirib

Gəncədə ictimai iaşə obyektlərində reydlər keçirilib. Bu haqda 2 aprel tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat paylaşıb.

Agentliyin əməkdaşları Heydər Əliyev küçəsində yerləşən fiziki şəxsə məxsus “Arazbarı” restoranında nöqsanlar aşkar ediblər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb, obyekt sahibi cərimələnib.

Qeyd edək ki, reydlər pandemiya dövrünün tələblərinə, müvafiq qanunvericiliyin və metodiki göstərişlərin icrasına nəzarət məqsədilə təşkil olunur.

Ən Çox Oxunan