5.8 C
Gence
5.8 C
Gence

AQTA müfəttişləri iki obyektdə nöqsanlar aşkar ediblər

Gəncədə iki ictimai iaşə obyektinin sahibləri cərimələniblər. Bu haqda 5 oktyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat veririk.

Agentliyin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində reyd keçiriblər. Nəticədə Şah İsmayıl Xətai prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Milli Süfrə” yeməkxanasında sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması və s., Mirzə Abbas Abbaszadə küçəsindəki “Dad” şirniyyat evində isə mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi halları aşkarlanıb.

Faktlarla bağlı inzibati protokollar tərtib edilib. Obyekt sahibləri məsuliyyətə cəlb ediliblər.

Ən Çox Oxunan