Gəncədə üç obyektdə qayda pozuntuları aşkarlanıb. Bu haqda 23 may tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində reyd keçiriblər. Nəticədə aşağıda adları sadalanan müəssisələrdə nöqsanlar üzə çıxıb:
- Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən “Dönərçi Sadık Usta” dönərxanası – obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
- Cavadxan küçəsi, 10A ünvanında yerləşən “İstanbul Lahmacun” kafesi – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
- Heydər Əliyev prospekti, 90A ünvanında yerləşən “Manqal Kebab” kafesi – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.