Gəncədə bir sıra obyektlərdə yoxlamalar keçirilib. Bu haqda 27 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat veririk.
AQTA müfəttişləri ictimai iaşə müəssisələrinə baxış keçiriblər. Yoxlama nəticəsində nöqsanlar aşkar edilən obyektlər aşağıdakılardır:
- Nizami küçəsi, 42, “Afiyet Olsun” kafesi – obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
- Heydər Əliyev küçəsi, 57/1, “Ləziz Dönər” – obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
- Heydər Əliyev prospekti, 112B, “Sevimli” kafesi – obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
- 4-cü mikrorayon, 1/17, “Yarpaq Dönər” – obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
- Şah İsmayıl Xətai prospekti, “Dönər House” – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.