Gəncədə iki iaşə obyektində nöqsanlar aşkarlanıb. Bu haqda 28 aprel tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri şəhər ərazisində yerləşən kafe və restoranlarda yoxlama keçiriblər. Yoxlama nəticəsində qayda pozuntuları aşkar edilən obyektlər aşağıdakılardır:
- Şeyx Bahəddin küçəsi, ev 22 ünvanında yerləşən “Aşxana” restoranı – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
- Yeni Gəncə qəsəbəsində yerləşən “Göbələk” restoranı – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu.
Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.