Gəncədə iki iaşə obyektində qayda pozuntuları aşkarlanıb. Bu haqda 18 aprel tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri şəhər ərazisində yerləşən kafe və restoranlarda yoxlama keçiriblər. Yoxlama nəticəsində nöqsanlar aşkar edilən obyektlər aşağıdakılardır:
- Şeyx Bahəddin küçəsi, ev 22 ünvanında yerəşən “Nargilə” restoranı – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
- Cəfər Cabbarlı küçəsi, 13 ünvanında yerləşən “Kristal” kafesi – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu.
Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.