26.4 C
Gence
26.4 C
Gence

AQTA daha iki restoranda nöqsanlar aşkar edib

Gəncədə iki iaşə obyektində qayda pozuntuları aşkarlanıb. Bu haqda 11 aprel tarixində AQTA-ya istinadən məlumat veririk.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri şəhər ərazisində yerləşən kafe və restoranlarda yoxlama keçiriblər. Yoxlama nəticəsində nöqsanlar aşkar edilən obyektlər aşağıdakılardır:

  • Yeni Gəncə qəsəbəsi, Ə.Seyfi küçəsi, 98A ünvanında yerəşən “Əriklik” restoranı – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
  • Z.Hacıyev küçəsində yerləşən “Şam Bağı” kafesi – obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu.

Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Ən Çox Oxunan