17.5 C
Gence
17.5 C
Gence

AQTA üç aptekdə nöqsanlar aşkar edib

Gəncədə 3 aptekdə nöqsanlar üzə çıxıb. Bu haqda 7 aprel tarixində AQTA-ya istinadən məlumat veririk.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları şəhər ərazisində keçirdikləri monitorinqləri davam etdirirlər. Müfəttişlər aşağıdakı apteklərdə nöqsanlar aşkar ediblər:

  • Təbriz küçəsi, “Kardio” apteki – 6 ədəd “L-Carnitine” əmtəə nişanlı qida əlavəsində Azərbaycan dilində markalanma mövcud deyil;
  • Əbül-Üla Gəncəvi küçəsi, 8, “Evro” apteki – 1 ədəd “Biokontur” əmtəə nişanlı (malina), 1 ədəd (multifrukt) balıq yağında Azərbaycan dilində markalanma və qida təhlükəsizliyi sertifikatı təqdim olunmayıb;
  • Təbriz küçəsi, 54, “Gəncə” apteki – 1 ədəd “L-Carnitine” əmtəə nişanlı qida əlavəsində Azərbaycan dilində markalanma mövcud deyil.

Həmin məhsullar satışdan çıxarılıb, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Ən Çox Oxunan