Gənclər Fondunun Qrant Müsabiqəsinin qalibləri sırasında ADAU tələbəsi də var. Bu haqda bu gün, 7 oktyabr tarixində təhsil müəssisəsinə istinadən xəbər veririk.
ADAU-EGE beynəlxalq iki diplom proqramı çərçivəsində “iqtisadiyyat” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Nigar Bayramova “Let’s play Mangala” – Tarixi Manqala oyununun təbliği layihəsi ilə Qrant Müsabiqəsinin qaliblərindəndir.
Azərbaycan Respublikası Gənclər Fondu 7-27 iyul 2022-ci il tarixlərində keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi keçirmişdir.