27.5 C
Gence
27.5 C
Gence

Aqrar Universitetinin rektoru Kazanda səfərdədir

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru və bir qrup əməkdaşı Tatarstanın paytaxtı Kazan şəhərində səfərdədir. Bu haqda məlumat təhsil ocağının rəsmi saytında məlumat paylaşılıb.

Səfər çərçivəsində professor Cəfərov N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasının rektoru, professor Rüstəm Xamitoviç Ravilovla görüşüb.

Orada tələbə-müəllim mübadiləsi, ortaq layihələr və baytarlıq təbabəti sahəsində ikili diplom məsələləri müzakirə edilib. Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, ADAU ilə N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyası arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, qarşılıqlı olaraq baytarlıq sahəsində kadr hazırlığına və elmi-tədqiqat işlərinin aparılmasına start verilib.

Ən Çox Oxunan