Gəncədə arağa görə anasını öldürən şəxsə hökm oxunub. Bu haqda məlumatı 23 iyun tarixində Qafqazinfo-ya istinadən veririk.
Anasını ödürməkdə təqsirləndirilən 32 yaşlı Ramin Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb. O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin iyul ayında baş verib. Belə ki, Ramin sərxoş halda anası 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovadan yenidən spirtli içki alması üçün pul isəyib. Lakin ananın buna irad tutması Ramini özündən çıxarıb. O, əvvəlcə anasının baş və bədən nahiyəsinə yumruq zərbələri endirib, sonra evin həyətindəki paltar sərmək üçün nəzərdə tutulmuş kəndiri götürərək anasını iplə döyüb. Bununla sakitləşməyən Ramin anasını həmin kəndirlə boğmağa başlayıb. Sonda isə üzəri mismarlı taxta ilə qadına zərbələr endirib.
Qeyd edək ki, Svetlana Rüstəmova aldığı xəsarətlər nəticəsində avqustun 7-də qızının evində vəfat edib.