13 C
Gence
13 C
Gence

Çanaqqala Zəfərinin 108-ci ildönümü münasibətilə tədbir baş tutub

Gəncədə Türkiyənin Baş Konsulluğu tədbir keçirib. Bu haqda Gencexeber.az-a 18 mart tarixində məlumat daxil olub.

Tədbir Türkiyənin şəhərimizdəki Baş Konsulluğu tərəfindən Şəhidlərin Anma günü, Çanaqqala Zəfərinin 108-ci ildönümü və İstiqlal marşının qəbulunun 102-ci ildönümü münasibətilə təşkil olunub. Görüş Şah Abbas məscidinin qarşısında baş tutub.

Burada hər iki ölkənin himnləri səsləndirilib, şəhidlərin xatirəsi anılıb. Qafqaz İslam ordusunun şəhidlərinə həsr edilmiş abidənin önünə güllər qoyulub. Türkiyənin Baş Konsulu Recep Öztop, icra başçısı Niyazi Bayramov və başqaları çıxış ediblər.

Daha sonra məktəblilər hər iki ölkəyə həsr olunmuş şeirlər oxuyublar.

Tədbir iştirakçıların Heydər Əliyev adına Park-kompleksində ağacəkmə aksiyası ilə başa çatıb.

Ən Çox Oxunan